Yaponiya II Dünya müharibəsi zamanı törətdiyi cinayətləri adekvat şəkildə etiraf etməyib və BMT Təhlükəsizlik Şurasına üzv olmaq hüququna malik deyil.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
"Hələ Yaponiya II Dünya müharibəsi zamanı törətdiyi hərbi cinayətləri adekvat şəkildə etiraf etməyib. Belə bir ölkə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına görə məsuliyyət daşıya bilməz və BMT Təhlükəsizlik Şurasının üzvü olmaq hüququna malik deyil", - o, brifinqində deyib.
Ninq əlavə edib ki, Yaponiyanın Baş naziri Sakae Takaiçi Tayvanla bağlı açıqlamaları ilə “Çinin daxili işlərinə kobud şəkildə müdaxilə edib” və “müharibədən sonrakı beynəlxalq nizama” meydan oxuyub.
Bundan əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq bəyan etmişdi ki, Yaponiya Baş nazirinin sözlərindən sonra BMT Təhlükəsizlik Şurasında daimi yer axtarmaq hüququna malik deyil.
Zeynəb Rzayeva
Bakı 



