• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Yeni büdcə zərfi proaktiv və ölçülüdür - Milli Məclisin üzvü

SİYASƏT

19 Noyabr 2025 | 11:19

Yeni büdcə zərfi proaktiv və ölçülüdür - Milli Məclisin üzvü

"Büdcə dayanıqlığına fokuslanmaq yeni büdcə zərfinin əsas xüsusiyyətlərindən biridir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2026-cı ilin büdcə sənədi ilə bağlı çıxışı zamanı deyib.

Deputat vurğulayıb ki, büdcə kəsrinin idarəolunan səviyyədə saxlanması vacib məqsədlərdən biridir. Onun sözlərinə görə, dayanıqlı büdcə yalnız dayanıqlı gəlirlərə əsaslandıqda mümkün olur.

Əmiraslanov əlavə edib ki, maliyyə sabitliyinin qorunması büdcə zərfinin fundamental özəlliyidir və bu istiqamətdə atılan addımlar inflyasiyanın cilovlanmasına şərait yaradacaq.

Millət vəkili təqdim olunan sənədi belə xarakterizə edib:

“Təqdim edilmiş layihə proaktiv və ölçülüdür”.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

18 Noyabr 2025