Son illərdə qeyri-neft-qaz sektorundan daxilolmalar sürətlə artıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
O qeyd edib ki 2018-ci illə müqayisədə 2025-ci ilin təsdiq edilmiş büdcə gəlirləri 1,7 dəfə, qeyri-neft-qaz gəlirləri isə 2,2 dəfə çoxalıb. Bu istiqamət üzrə vergi daxilolmaları isə 2,3 dəfə artıb.
Nazir deyib ki, qeyri-neft-qaz gəlirlərinin büdcədə payı 2018-ci ildə 40 % olduğu halda, 2025-ci ilin büdcəsində bu rəqəm 52 %-ə yüksəlib. 2026-cı il büdcə layihəsində isə göstəricinin 57 % olacağı nəzərdə tutulur.
Cabbarov əlavə edib ki, 2022–2024-cü illərdə xarici ticarət balansı Dövlət Neft Fondunun qızıl idxalı istisna olmaqla, illik orta hesabla 16 milyard dollar müsbət saldo ilə formalaşıb və qeyri-neft-qaz xidmətləri ixracı 45 % artaraq 6,5 milyard dollardan çox olub.
Əli Hüseynov
Bakı 


jpg-1763540341.jpg)
