• Bakı 18° C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9719

    RUB - 2.0923

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

CƏMİYYƏT

19 Noyabr 2025 | 10:29

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova tam uyğun gəlib.

Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axşam saatlarında İsrafil Məmmədovun beyin ölümü keçirməsi ilə bağlı məlumat dərhal Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin komandasına ötürülüb.

Donor böyrəyi şəxsə Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah Tariyel Nadirovun rəhbərlik etdiyi cərrah və nefroloqlardan ibarət komanda köçürüb.

Əməliyyatdan cəmi bir həftə sonra İsrafil Məmmədovun vəziyyəti stabilləşib və o, uzun illər davam edən dializ yükündən azad halda evə buraxılıb.


SON XƏBƏRLƏR

18 Noyabr 2025