• Bakı 16° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Avropa Komissarı: Gürcüstan hökuməti öz xalqını dinləmir

DÜNYA

20 Oktyabr 2025 | 15:38

Avropa Komissarı: Gürcüstan hökuməti öz xalqını dinləmir

Gürcüstan hökuməti öz xalqının səsini eşitmir və Avropa istiqamətində hərəkət etməyə maraqlı deyil.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bunu  Lüksemburqda keçirilən Aİ Xarici İşlər Şurasının iclası öncəsi jurnalistlərə açıqlamasında Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos deyib.

O, bildirib ki, hakimiyyət nümayəndələri Aİ-yə qarşı dezinformasiya kampaniyalarının yayılmasına dəstək verirlər:

"Biz Gürcüstanda baş verən narahatedici prosesləri müzakirə edəcəyik. Gürcüstan xalqı son üç seçkidə, davam edən etiraz aksiyalarında və ictimai sorğularda açıq şəkildə göstərib ki, onlar Avropa gələcəyi istəyirlər. Amma görünür ki, onların hökuməti xalqını dinləmir və Avropa yolunu seçmək istəmir. Müxalifət nümayəndələri həbs olunur, jurnalistlərin və vətəndaş cəmiyyəti təşkilatlarının səsləri isə boğulur. Gürcüstan hökumətini çağırırıq ki, öz xalqını dinləsin, cəmiyyətə açıq olsun, vətəndaş sektoru ilə dialoqa girsin və xalqın istəyinə uyğun olaraq Avropanın bir hissəsinə çevrilsin".

Gülşən Şərif


SON XƏBƏRLƏR