Nə qədər ki, ABŞ tərəfindən həddindən artıq gözləntilər və tələblər var, danışıqlar və anlaşma üçün heç bir zəmin olmayacaq.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
O, ABŞ-nin İranın hüquqlarına hörmət etməkdən imtina etməsi və ya həddindən artıq tələblərindən əl çəkməməsinin yeni danışıqlara maneə olaraq qaldığını bildirib.
Misirin İran və ABŞ arasında yeni vasitəçi kimi ortaya çıxıb-çıxmaması ilə bağlı sualı cavablandıran Bəqai mətbuat konfransında qeyd edib ki, İran və qarşı tərəflər arasında təmaslar az-çox vasitəçilər vasitəsilə davam etsə də, bu, danışıqların yeni mərhələsinin başlanması demək deyil:
"Hər iki tərəf bir-birinin mövqe və hüquqlarına hörmət etməli və bərabər şəraitdə bir-birinin problemlərini həll etməli olduğu qənaətinə gəlməyincə danışıqlar formalaşmayacaq".
Gülşən Şərif