• Bakı 15° C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Xamenei Trampı lağa qoydu - "Yuxu görməyə davam edin"

DÜNYA

20 Oktyabr 2025 | 18:57

Xamenei Trampı lağa qoydu - Yuxu görməyə davam edin

İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ prezidenti Donald Trampı “boş sözlər” danışmaqda ittiham edib.

Bakıvaxtı.az xəbər verir ki, o bunu İran idmançıları qarşısında çıxışı zamanı Amerika liderinin İsraildəki çıxışını şərh edərkən deyib.

"ABŞ prezidenti işğal altındakı Fələstində boş sözlər və axmaq hərəkətləri ilə ümidsizliyə düşən sionistlərə ümid aşılamağa və onların əhval-ruhiyyəsini yüksəltməyə çalışdı. Bu adam axmaq davranışları və region və İran haqqında çoxsaylı yalanları ilə sionistlərin ruhunu yüksəltməyə və gücünü nümayiş etdirməyə çalışdı", - Xamenei deyib.

Ayətullahın sözlərinə görə, əgər Tramp həqiqətən də güclüdürsə, o zaman “ABŞ-nin hər bir ştatında ona qarşı etiraz edən milyonlarla amerikalını sakitləşdirsin”.

Xamneyi ABŞ liderinin İranın nüvə potensialının məhv edilməsi ilə bağlı iddiasını da lağa qoyub "ABŞ prezidenti fəxrlə bəyan edir ki, onlar İranın nüvə sənayesini bombalayıb məhv ediblər. Yaxşı, yuxu görməyə davam edin".

Xatırladaq ki, oktyabrın 9-da Tramp bəyan edib ki, əgər ABŞ İran daxilindəki hədəfləri vurmasaydı, Tehran indiyə qədər nüvə silahı əldə edə bilərdi.


SON XƏBƏRLƏR