• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Evdən qaçan uşaqlı qadın ƏRƏ GETDİ

CƏMİYYƏT

24 Noyabr 2022 | 17:24

Evdən qaçan uşaqlı qadın ƏRƏ GETDİ

Ağdamda 5 yaşlı övladı ilə birgə itkin düşdüyü bildirilən 25 yaşlı qadın ailə həyatı qurmaq üçün evdən gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə apa-ya polis vasitəsilə axtarışa verilən Təhminə Ağayeva özü bildirib.

Təhminə Ağayevanın sözlərinə görə, onun evdən getməsindən ailəsi məlumatlıdır: “İki il əvvəl birinci həyat yoldaşımdan ayrılmışam. 5-6 gün əvvəl isə yeni münasibət qurduğum şəxslə birgə evdən çıxmışam. Atamın, qardaşımın da bundan xəbəri var. Mən itkin deyiləm, hazırda sevdiyim şəxslə birgə xoşbəxt ailə həyatı yaşayıram”.

Qeyd edək ki, Ağdam rayonu, Mirəşelli kənd sakini, 1997-ci il təvəllüdlü Təhminə Ağayevanın 5 yaşlı qızı ilə birgə itkin düşməsi barədə polisə məlumat daxil olmuşdu.


SON XƏBƏRLƏR