• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Maska tələbi qayıtdı

CƏMİYYƏT

24 Noyabr 2022 | 15:35

Maska tələbi qayıtdı

Koronavirus dünya əhalisini yenidən qorxutmağa başlayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, xəstəliklərin artması bəzi ölkələrdə maska tələbini yenidən gündəmə gətirib. Belə ki, artıq Braziliyada hava limanlarında və təyyarələrdə maskalardan istifadə məcburi edilib.

Braziliya Sağlamlığa Nəzarət Agentliyindən verilən yazılı açıqlamada avqust ayından etibarən riskli qruplara tövsiyə edilən maskalardan istifadənin 25 noyabrdan etibarən hava limanlarında və təyyarələrdə məcburi hala gəldiyi bildirilib.

Epidemioloji məlumatların, xüsusilə ictimai nəqliyyatda, hava limanlarında və qapalı mühitlərdə maskalardan istifadə kimi qeyri-farmakoloji mühafizə tədbirlərinin yenidən həyata keçirilməsinin vacibliyini vurğulanır.

Covid-19 məlumatlarının fəsillərə görə paylanmasına da toxunulan açıqlamada son illərdə Braziliyada noyabr-yanvar aylarında yoluxmaların artdığı bildirilib. Bu hal məktəb tətilləri və il sonu şənlikləri kimi səbəblərdən hava limanlarında artan turist sayı ilə bağlı ola bilər.

Digər tərəfdən, Latın Amerikasının ən böyük tibbi araşdırma fondu olan Oswaldo Cruz (Fiocruz) Rio de Janeyro və Sao Paulo kimi əyalətlər də daxil olmaqla 15 ştatda Covid-19 yoluxmalarının artdığını açıqlayıb.

Son 6 həftədə təhlil edilən məlumatlara görə, paytaxt Braziliya, Rio-de-Janeyro və Sao Paulo şəhərləri yoluxmanın sürətlə artdığı böyük şəhərlər sırasındadır.

Cənubi Amerikanın 212 milyondan çox əhalisi olan ən böyük ölkəsi Braziliyada Covid-19, təqribən, 35 milyon insanda görüldü və 689 mindən çox insan virus səbəbilə həyatını itirib.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Aprel 2024