Qəzzada poliomielit əleyhinə peyvənd olunan uşaqların sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Fələstin Qaçqınları üzrə Agentliyi məlumat verib.
Məlumata görə, peyvənd kampaniyası ikinci gündür davam edir və Qəzza zolağında 87 min uşağa poliomielit peyvəndinin ilk dozası vurulub.
Qeyd edək ki, üç günlük kampaniya 10 yaşından kiçik 640,000 fələstinli uşağa çatmağı hədəfləyib.
Mina Mikayılova
















