• Bakı C

    15.03 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

AAYDA: Yeni yol yük və sərnişin daşınmasını asanlaşdıracaq

CƏMİYYƏT

19 Mart 2025 | 13:05

AAYDA: Yeni yol yük və sərnişin daşınmasını asanlaşdıracaq

Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolu yük və sərnişin daşınmasını asanlaşdıracaq. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) böyük mütəxəssisi Məmməd Məmmədov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunda yenidənqurmadan sonra nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb: 

"AAYDA dövlət başçısının ötən il imzaladığı Sərəncama uyğun olaraq Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulmasınu həyata keçirib. Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yol bir gediş, bir gəliş olmaqla iki zolaqdan ibarətdir".

Mütəxəssis bildirib ki, avtomobil yolunun yenidən qurulması çərçivəsində torpaq yatağı genişləndirilib, yağış sularının kənarlaşdırılması məqsədilə suötürücü borular quraşdırılıb, beton küvetlər inşa edilib: 

"Bundan başqa, yolda müxtəlif növ yol nişanları quraşdırılıb. Həmçinin sərt döngələrdə metal çəpər quraşdırılıb. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək”.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak ediblər.


SON XƏBƏRLƏR