• Bakı 23° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

ABŞ: "Ayşenura görə İsraildən açıqlama gözləyirik"

DÜNYA

10 Sentyabr 2024 | 15:28 | Müəllif: Gülşən Şərif

ABŞ: "Ayşenura görə İsraildən açıqlama gözləyirik"

ABŞ İordan çayının qərb sahilində öldürülən türk fəal Ayşenur Ezgi Eyginin Eyginin qətli ilə bağlı İsraildən açıqlama istəyib.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə gündəlik keçirilən mətbuat konfransında çıxış edən ABŞ Xarici İşlər Nazirliyinin sözçünün müavini Vedant Patel deyib.

 O, İsrail əsgərinin gülləsi ilə başından vurulan Eyginin ölümünü narahatedici və faciəvi hadisə adlandırıb.

"İsraildəki tərəfdaşlarımız baş verən hadisəni araşdırmağa başlayıblar. Biz onlardan öz rəylərini tezliklə ictimaiyyətə açıqlamalarını gözləyirik. Mövcud açıqlamadan sonra hansı addımların atılacağı müzakirə olunacaq", - deyə Patel qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026