• Bakı 10° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.8342

    RUB - 0.0175

"İslam dünyası Fələstin məsələsində üç yerə bölünüb" - Qaradaqi

DÜNYA

10 Oktyabr 2024 | 13:41

İslam dünyası Fələstin məsələsində üç yerə bölünüb - Qaradaqi

"Müsəlman ölkələrinin soyqırımlara qarşı ata biləcəyi bir çox addımlar var".

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bunu Dünya Müsəlman Alimləri Birliyinin sədri Əli Muhyiddin əl-Qaradaqi deyib.

O, dünyanın Qəzza zolağında baş verən soyqırımı dayandırmaq əvəzinə seyrçi qaldığını bildirib:

"Başda ABŞ olmaqla, Qərb İsrailin bütün soyqırımını dəstəkləyir. ABŞ İsrailə özünü qorumaq haqqı var bəhanəsi ilə qeyd-şərtsiz dəstək verir. İslam dünyası Fələstin məsələsində birgə hərəkət etmir. Təəssüf ki, İslam dünyası üç yerə bölünüb. Bu prosesdə birinci hissə sanki qırğınlar heç olmamış kimi susur. İkinci hissə susqunluğu ilə müxtəlif sahələrdə İsraili dəstəkləyir. Üçüncü hissə isə İsraili həm ticari, həm də siyasi olaraq dəstəkləməyə davam edir".

Gülşən Şərif


SON XƏBƏRLƏR