Bu ilin yanvarından sentyabr ayına qədər Haitidə 4,9 minə yaxın insan həlak olub.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) idarəsi məlumat yayıb.
Məlumata əsasən, Haitidə ərzaq təhlükəsizliyi problemləri pisləşməkdə davam edir. Təxminən 5,4 milyon insanın yaşadığı Haitidə əhalinin yarısı acdır. Bundan başqa, 700 mindən çox insan evlərini tərk edib, onların yarıdan çoxu uşaqdır.
Şəhərin bir çox əraziləri tamamilə dəstə nəzarəti altındadır. Onlar insanları təhqir edir, qadınları zorlayır və uşaqları işə cəlb edirlər ki, bu da son dərəcə narahatedicidir.
BMT davam edən zorakılığa son qoymaq və Haitinin inkişafını təşviq etmək üçün real və qalıcı həll yollarla bağlı çağırış edib.
Gülşən Şərif