İsrailin Livanın cənubundakı Sur şəhərinə hücumu nəticəsində 6 nəfər ölüb, ən azı 38 nəfər yaralanıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Sur şəhərinin Səfiyuddin küçəsində və Nezletu Canpolat bölgəsində 3 binaya edilən hücumlarda 6 nəfərin öldüyünü, 38-dən çox insanın isə yaralandığını bildirib.
Hücumların böyük dağıntılara və binalarda yanğına səbəb olduğu bildirilən xəbərdə mülki müdafiə, ilk yardım və Qızıl Xaç qruplarının yaralıları xəstəxanaya çatdırmağa və yanğınları söndürməyə çalışdığı bildirilib.
Əli Hüseynov