Amerikalı sahibkar İlon Mask Donald Tramp ona administrasiyasında vəzifə verərsə, ABŞ-də federal agentliklərin sayını azaltmağa çalışacağını bildirib.
Bakıvaxtı.az “rbc.ru”ya istinadən xəbər verir ki, Mask bunu Taker Karlsonun onlayn şousunda danışarkən deyib.
Mask bildirib ki, o, Trampa hökumətin daha səmərəli fəaliyyəti üçün kömək etmək istəyir: “Bizim nəhəng bürokratiyamız var, həddindən artıq tənzimləməmiz var. Amerikanı yenidən inşa etmək istəyənlərə şərait yaratmalıyıq”.
Qeyd edək ki, sahibkar prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib. Mask onun əsas sponsorlarından biri idi.