Qazaxıstan Müdafiə Nazirliyinə məxsus Mi-8 helikopteri Qazaxıstanda sərt eniş edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublika Fövqəladə Hallar Nazirliyinin rəsmi "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, Aktobe vilayətinin Marktuk rayonunun Sarıjar kəndi yaxınlığında sərt eniş edən helikopter tamamilə yanıb.
Göyərtədə olan 3 nəfərdən birinin ölümcül yaralandığı, ikisinin isə yardım üçün təyyarə ilə Aktobe rayon mərkəzinə aparıldığı bildirilib.
Fövqəladə Hallar Departamentinin 5 texnika və 23 nəfər canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
Qeyd olunub ki, hadisə yerinə gələn xilasedicilər artıq yanğını söndürüblər.
Mina Mikayılova