"İki gündür ki, Qəzzanın şimalındakı Kamal Advan, Əl-Avda və İndoneziya xəstəxanalarında ağır xəstələrin təxliyəsi İsrail qüvvələri tərəfindən əngəllənir".
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
ÜST-nin bölgədəki sağlamlıq böhranından ciddi şəkildə narahat olduğunu bildirən Qebreyesus çıxışı zamanı İsraili kritik humanitar yardım missiyalarını asanlaşdırmağa və atəşkəs üçün işləməyə çağırıb.
"Kamal Advan və Əl-Avda xəstəxanaları qismən fəaliyyət göstərir, lakin maddi çatışmazlıqlar səbəbindən çətinlik yaşanır. İndoneziya xəstəxanası artıq xidmət göstərə və xəstələri qəbul edə bilməz", - deyə ÜST rəsmisi qeyd edib.
Gülşən Şərif