"Kreml kvadroberlər mövzusunu gündəmdən kənarda saxlamağa çalışır".
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu brifinqdə çıxış edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml sözçüsü Rusiyanın kvadroberlər mövzusunu böyük səylə aktual saxlamamağa çalışdığını bildirib.
Qeyd edək ki, son aylar Rusiyada, o cümlədən dövlət rəsmiləri səviyyəsində kvadroberlərlə maraqlanan uşaqlar haqqında daha çox danışılır. Hətta Rusiya bazarlarında bağlama zəncirləri və kvadroberlər üçün xüsusi yeməklər peyda olub. Oktyabrın 5-də Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova kvadroberlərin təbliğatını qadağan edən qanun layihəsinin hazırlandığını elan edib. Onun sözlərinə görə, söhbət təkcə subkulturadan deyil, ümumilikdə dağıdıcı ideologiyanın təbliğatının qadağan olunmasından gedir.
Gülşən Şərif