Türkiyədə baş verən daha bir cinayət ölkə gündəmini zəbt edib.
Bakıvaxtı.az haberler-ə bildirir ki, bir-birinin ardınca gələn dəhşətli qadın, uşaq cinayətlərindən sonra indi də ictimai nəqliyyatda cinayət törədilməsi narahatlıq doğurub.
Kocalide hərəkətdə olan avtobusda 29 yaşlı Enes Yiğit Toraman digər sərnişin tərəfindən bıçaqlı hücuma məruz qalıb. Onun bıçaqlanma anı avtobusun təhlükəsizlik kamerasına düşüb.
Enesin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə axşam saaat 9 radələrində baş verib. Cinayətlə bağlı araşdırma aparılır.Milli.Az