ABŞ-nin Corciya ştatında liseydə 4 nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı yeni detallar üzə çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, hücumu törədən 14 yaşlı şübhəli Kolt Qreyin anasının hücumdan yarım saat əvvəl məktəbə zəng edərək bu barədə xəbərdarlıq etdiyi iddia edilib.
Belə ki, ananın hücumdan 30 dəqiqə əvvəl məktəbə zəng etməsi ilə bağlı iddialar məktəb rəhbərliyinin və hüquq-mühafizə orqanlarının hücumun qarşısını almaq üçün göstərdiyi səylərlə bağlı yeni suallar doğurub.
Araşdırmalar nəticəsində məlum olub ki, onun bu addımı atmağında səbəb cinayətdən öncə Qreyin evdə məktub yazması olub. O, məktubda anasındna onu baş tutacaq əmələ görə bağışlamasını xahiş edib.
Əli Hüseynov