• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Ukrayna Adıgeydə hərbi aerodorumu vurdu

DÜNYA

10 Oktyabr 2024 | 11:06

Ukrayna Adıgeydə hərbi aerodorumu vurdu

Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Adıgey Respublikasının Xanskaya kəndi yaxınlığında yerləşən hərbi aerodroma zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu barədə hər iki tərəfin teleqram kanalları məlumat yayıb.

Adıgey rəhbəri Murat Kumpilov sözügedən kəndin boşaldıldığını bildirib. O, teleqram kanalında yazıb ki, gecə saatlarında Maykop şəhərətrafı ərazisi dronların hücumuna məruz qalıb.

Sosial media istifadəçiləri həmin ərazidə partlayışlardan görüntülər paylaşıb. Sözügedən hərbi aerodrom Xanskayanın kənarından üç kilometr şərqdə, Adıgeyin paytaxtı Maykopdan beş kilometr kənarda və Krasnodardan təxminən 80 kilometr cənub-şərqdə yerləşir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026