Rusiyada həkimlər kişinin qulağından tarakan çıxarıblar.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Solneçnoqorsk sakini qulağında xoşagəlməz hisslərdən narahat olaraq həkimə müraciət edib.
Həkimlər xəstənin qulağına bir tarakan girdiyini aşkar edib və onu xüsusi alətlərdən istifadə edərək çıxarıb.
Bildirilib ki, kişinin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
O, ambulator müalicə üçün evə buraxılıb və mənzilində həşərat yemləməyə başlamağı planlaşdırdığını qeyd edib.
Mina Mikayılova