• Bakı 22° C

    8.08 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Rusiya XİN-dən Əsəd AÇIQLAMASI: "Ciddi təhlükə yoxdur"

DÜNYA

09 Dekabr 2024 | 01:00

Rusiya XİN-dən Əsəd AÇIQLAMASI: Ciddi təhlükə yoxdur

Rusiya XİN bəyanat yayıb:

"Danışıqlar nəticəsində Əsəd hakimiyyəti dinc yolla təhvil verməyi qəbul edib, vəzifəsindən istefa verib və ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib."

Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın Suriyadakı bütün müxalif qüvvələrlə əlaqə saxladığına diqqət çəkilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

"Bütün tərəfləri zorakılıqdan çəkinməyə və bütün problemləri siyasi yolla həll etməyə çağırırıq. Bu çərçivədə Rusiya Suriyadakı bütün müxalif qüvvələrlə əlaqələr saxlayır. Suriyadakı bütün etnik və dini qrupların baxışlarına hörmət edilməsini və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində inklüziv siyasi prosesin həyata keçirilməsi üçün səyləri dəstəkləyirik."

Suriyadakı Rusiya hərbi bazalarının "yüksək hazırlıq vəziyyətində" olduğu qeyd olunan açıqlamada, bu bazaların təhlükəsizliyinə ciddi təhdid olmadığı bildirilib.

Bununla yanaşı, Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü vurğulanıb./Milli.az


SON XƏBƏRLƏR

07 May 2025