• Bakı C

    9.23 m/s

  • USD - 1.7

    EUR - 1.785

    RUB - 1.9142

ABŞ ərəb ölkəsini hədələdi: Türkiyə vasitəsi ilə…

DÜNYA

22 Fevral 2025 | 21:13

ABŞ ərəb ölkəsini hədələdi: Türkiyə vasitəsi ilə…

ABŞ Prezidenti Donald Trampın administrasiyası kürd neftinin Türkiyə vasitəsilə ixracının bərpasına icazə vermək üçün İraqa təzyiqi gücləndirir.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” səkkiz mənbəyə istinadla məlumat yayıb.

Bildirilib ki, bundan imtina edəcəyi təqdirdə ABŞ İraqı sanksiyalarla hədələyir:

“Vaşinqton Bağdada təzyiq edir ki, kürd neftinin İrana ucuz qiymətə satmaqdansa, Türkiyə vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin etsin”.

Məqsəd ABŞ-ın İran neftinin ixracını sıfra endirəcəyi halda yaranan potensial azalmanı kompensasiya etməkdir.

Türkiyənin energetika naziri Alparslan Bayraqdar Türkiyənin İraqdan neft tədarükünün bərpası ilə bağlı hələlik rəsmi məlumat almadığını deyib.


SON XƏBƏRLƏR

22 Fevral 2025