• Bakı C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Tiflisin Orta Dəhlizdə öz rolunu oynaması... - Boçorişvili

DÜNYA

24 Mart 2025 | 21:00

Tiflisin Orta Dəhlizdə öz rolunu oynaması... - Boçorişvili

Gürcüstanın Orta Dəhlizdə öz rolunu oynaması çox vacibdir. Biz müxtəlif ölkələrin iştirakı ilə bu layihəyə böyük diqqət yetiririk.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Macarıstanda keçirdiyi brifinqdə bildirib.

"Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında əlaqələr çox yüksək səviyyədədir. Bu, çox vacibdir və bu istiqamətdə işlər davam etdiriləcək. Bununla bağlı Avropa Komissiyası ilə işləmək vacibdir və bizim təklif etdiklərimiz onlar üçün çox əhəmiyyətlidir. Biz Avropanın təhlükəsizliyi üçün mühüm layihələr həyata keçirmək niyyətindəyik. Bunun üçün də Avropa strukturlarında Macarıstanın dəstəyinə ümid edirik", - Boçorişvili qeyd edib.


SON XƏBƏRLƏR

25 Mart 2025