Azərbaycanda bu ilin yanvar-fevral aylarında 89 ədəd güc transformatoru istehsal edilib.
Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz azdır.
2024-cü ilin yanvar-fevral aylarında 139 ədəd güc transformatoru istehsal edilmişdi.
Komitənin məlumatına görə, martın 1-nə ehtiyat güc transformatoru yoxdur.