• Bakı 12° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Rusiyada "LUKOIL" və "Rosneft" kütləvi haker hücumuna məruz qalıb

DÜNYA

26 Mart 2025 | 17:22

Rusiyada LUKOIL və Rosneft kütləvi haker hücumuna məruz qalıb

Rusiyanın "LUKOIL" neft şirkəti kütləvi haker hücumuna məruz qalıb.

Bakıvaxtı.az-ın verdiyi məlumata görə, bu barədə "Shot" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, işçilərdən kompüterləri yandırmamaq və iş servislərindən istifadə etməmək xahiş olunub.

"Bu gün səhər erkən saatlardan neft şirkətinin servislərinə hakerlər hücum edirlər", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, artıq öz login və parollarını daxil etmiş işçilərdən dərhal sistemdən çıxmaları xahiş olunub.

Əməkdaşların sözlərinə görə, "LUKOIL" işçiləri elektron buraxılış kartlarından istifadə edə bilmirlər və mühafizə xidməti insanları məlumatları əllə yoxladıqdan sonra ofisə buraxır. Həmçinin yanacaqdoldurma stansiyalarının müştəriləri də benzin üçün kartla ödənişdə problemlər yaşayırlar.

Daha bir genişmiqyaslı haker hücumu Rusiyanın ikinci böyük neft şirkəti olan "Rosneft"ə olub.

Məlumata görə, "Rosneft" əməkdaşları da "LUKOIL"dakı həmkarları kimi eyni mesajları alıblar: onlardan kompüterləri yandırmamaq və enerji mənbəyini söndürmək xahiş olunub.

Bu barədə rəsmi məlumat verilməyib.


SON XƏBƏRLƏR

28 Mart 2025