• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 30 %-ə yaxın artıb

İQTİSADİYYAT

26 Mart 2025 | 15:55

Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsi 30 %-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Yaponiya ilə ticarət dövriyyəsinin dəyəri 57,5 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,8 % çoxdur.

Son 1 ildə Azərbaycanın Yaponiyaya ixracının dəyəri 29,1 % azalaraq 1,9 milyon ABŞ dollarına düşüb, bu ölkədən idxalının dəyəri isə 33,6 % artaraq 55,6 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə Yaponiyanın Azərbaycanın ümumi ixracında payı 0,04 %, ümumi idxalında payı isə 1,34 % olub.


SON XƏBƏRLƏR

29 Mart 2025