Bəsrə körfəzində (Kəngər körfəzini nəzərdə tutur-red.) Əl Fav və Xəzərdə Zəngəzur mərkəzli olmaqla Asiya, Orta Şərq, Avropa arasında inkişaf və ticarət dəhlizlərini strateji tərəfdaşlarımızla birlikdə inşa edəcəyik.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında 2030-cu il Sənaye və Texnologiya Strategiyasının Təqdimat mərasimində deyib.
O qeyd edib ki, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ölkənin sənayeləşmə təcrübəsini Türk dövlətləri, Orta Şərq və Afrika ölkələri ilə paylaşaraq, onların istehsal və tədqiqat ekosistemlerini gücləndirməyə və inkişaf etdirməyə bələdçilik edəcək.
"Strategiyamızın məqsədlərindən birini də istehsal sənayesinin məhsuldarlıq, tutum və miqyas problemlərini həll etmək, böhran və şoklara qarşı dayanıqlılığını artırmaq olaraq müəyyən etdik və bu başlıqda 22 strategiyaya yer verdik. Mövcud strategiya sahələrini genişləndirərək yeni planlı sənaye sahələri yaradacağıq. Riskli bölgələrdə yerləşən müəssisələrin təhlükəsiz bölgələrə köçürülməsinin önünü açacağıq", - Prezident vurğulayıb.