• Bakı 13° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Azərbaycandan Birləşmiş Krallığa pul köçürmələri azalıb

İQTİSADİYYAT

26 Mart 2025 | 11:35

Azərbaycandan Birləşmiş Krallığa pul köçürmələri azalıb

Ötən il Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslərin pul köçürmələrinin həcmi 28,5 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon ABŞ dolları və ya 15,6% azdır.

Hesabat ilində ölkənin ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 5,4% təşkil edib.

Həmçinin, ötən il Birləşmiş Krallıqdan Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 34 milyon ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 818 min ABŞ dolları və ya 2,5% artım deməkdir.

Hesabat ilində ölkəyə ümumi pul köçürmələrində Birləşmiş Krallığın payı 3,1% təşkil edib.

2023-cü ildə Azərbaycandan Birləşmiş Krallığa fiziki şəxslərin pul köçürmələrinin həcmi 33,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 33,2 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2024-cü ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 526,8 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 23,4 milyon ABŞ dolları və ya 4,2% azdır.

Eyni zamanda, hesabat ilində xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 1,08 milyard ABŞ dolları təşkil edib ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 571,9 milyon ABŞ dolları və ya 34,6% azdır.


SON XƏBƏRLƏR

28 Mart 2025