• Bakı 14° C

    2.89 m/s

"ABŞ "F -16"ların tədarükünə müsbət yanaşır" - Ərdoğan

DÜNYA

13 Iyul 2023 | 14:17

"ABŞ "F -16"ların tədarükünə müsbət yanaşır" - Ərdoğan

“F-16 qırıcılarının tədarükü üçün çalışırıq”.

Bakıvaxtı.az NTV-yə istinadən xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ arasında strateji əlaqələr var: “Sammit çərçivəsində görüşümüz də çox məhsuldar oldu. 1 saatdan çox danışdıq. ABŞ Prezidenti Cozef Bayden F-16-ların tədarükünə müsbət yanaşır”.

Ərdoğanın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı xarici işlər və müdafiə nazirlikləri səviyyəsində təmaslar davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026