• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Zaporojyeyə PUA HÜCUMU

DÜNYA

12 Avqust 2023 | 10:45 | Müəllif: Qalib İbrahimoğlu

Zaporojyeyə PUA HÜCUMU

Avqustun 12-nə keçən Rusiya Silahlı Qüvvələri Ukraynaya növbəti dəfə PUA-larla hücuma keçib.

Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri beş Şahed-136/131 zərbə PUA ilə cənub-şərqdən hücuma keçib.

Hərbi Hava Qüvvələrinin məlumatına görə, üç Şahed Zaporojye vilayətində hava hücumundan müdafiə sistemi ilə məhv edilib.

Qeyd olunub ki, ümumiyyətlə, Zaporojye vilayətinin 28 yaşayış məntəqəsinə 67 zərbə endirib. Zaporojye vilayət hərbi dairəsinin rəhbəri Yuri Malaşkonun sözlərinə görə, bir sıra yaşayış məntəqələrinin ərazisinə 54 atəş qeydə alınıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026