• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədində

DÜNYA

06 Dekabr 2021 | 00:09

ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədində

ABŞ Hərbi Hava Qüvvələrinin 38-ci RS/55-ci WG “Boeing RC-135V Rivet Joint” təyyarəsi Krım sahillərinə yaxınlaşaraq Qara dəniz üzərində kəşfiyyat uçuşu həyata keçirib.

Bakıvaxtı.az “RİA Novosti”yə istnadən xəbər verir ki, bu barədə “PlaneRadar” saytı məlumat yayıb.

Məlumata görə, o, Krit adasındakı Suda aviabazasından havaya qalxıb. Təyyarə monitorinq apardıqdan sonra Ermənistan-Azərbaycan sərhədi istiqamətində yola düşüb. “Boeing RC-135V Rivet Joint” daha sonra Gürcüstanın hava məkanına daxil olub.

Xarici mətbuat daha əvvəl Tel-Əviv-Moskva reysi ilə uçan sərnişin təyyarəsinin Amerikanın kəşfiyyat təyyarəsi ilə təhlükəli məsafədə yaxınlaşmaması üçün Qara dəniz üzərində istiqaməti dəyişməli olması barədə xəbər yayıb. Federal Hava Nəqliyyatı Agentliyi məlumatı təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026