• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bu ölkədə ikiqat yoluxma artır

DÜNYA

04 Yanvar 2022 | 23:04 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə ikiqat yoluxma artır

Braziliyada “flurona” halları - eyni vaxtda həm qripə, həm də koronavirusa yoluxma müəyyən olunub.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, yoluxanlardan biri hər iki virusa qarşı peyvənd olunmuş 16 yaşlı yeniyetmədir. Ondan başqa, 52 yaşlı kişi və bir yaşlarında olan iki uşaqda da ikiqat yoluxma müəyyən olunub.

Xatırladaq ki, bundan əvvəl İsrail və İspaniyada da “flurona” halları qeydə alınmışdı.

Mütəxəssislər hesab edirlər ki, dünyada ikiqat yoluxma hallarının sayının artması tendensiyası müşahidə olunur. Bununla bağlı ekspertlər testlərin aparılmasının və peyvəndin vacibliyinin zəruriliyini qeyd ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR