• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İŞİD-in rəhbəri öldürüldü - Bayden bəyan etdi (FOTO)

DÜNYA

03 Fevral 2022 | 20:01 | Müəllif: Subhan Mahmudov

İŞİD-in rəhbəri öldürüldü - Bayden bəyan etdi (FOTO)

ABŞ prezidenti Co Bayden Suriyadakı ABŞ ordusunun İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümündən sonra ekstremist qruplaşmaya rəhbərlik edən Əbu İbrahim əl-Haşimi əl-Qureyşini məhv etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, xarici mətbuat yazır ki, əl-Qureyşi reyd zamanı öldürülüb.

Bayden isə öz növbəsində qeyd edib ki, əməliyyatda iştirak edən bütün ABŞ hərbçiləri artıq geri qayıdıb.

Həmçinin, Ağ Evin “Twitter” səhifəsində prezident, vitse-prezident Kamala Harris və Milli Təhlükəsizlik Qrupu üzvlərinin əl-Qureyşinin öldürülməsi əməliyyatını izləyən fotosu paylaşılıb.

Qeyd edək ki, Əbu İbrahim əl-Haşimi əl-Qureyşi 2019-cu ilin oktyabrında, ekstremist qrup əvvəlki lider Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiqlədikdən sonra İŞİD-in rəhbəri seçilib. Pentaqon xüsusi əməliyyatın əl-Bağdadinin gizləndiyi yer olan İdlib əyalətində həyata keçirildiyini bildirib. Hücum xüsusi təyinatlılar tərəfindən həyata keçirilib. Əməliyyata helikopterlər də cəlb edilib.(oxu.az)


İŞİD-in rəhbəri öldürüldü - Bayden bəyan etdi (FOTO)
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR