• Bakı 20° C

    3.36 m/s

Pakistanda məsciddə partlayış qurbanlarının sayı artdı

DÜNYA

05 Mart 2022 | 17:08

Pakistanda məsciddə partlayış qurbanlarının sayı artdı

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı artıb. 

Bakıvaxtı.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, terror aktı zamanı yaralanan 5 nəfər xəstəxanada dünyasını dəyişib və bununla da, məsciddə həlak olanların sayı 62-yə çatıb. 

Daha əvvəl bu rəqəm 56 idi. 

Xatırladaq ki, martın 4-ü iki terrorçu məscidə girməyə cəhd edib. Orada onlarla polis əməkdaşları arasında atışma olub. Nəticədə bir polis həlak olub, digəri isə ağır yaralanıb. Terrorçulardan biri məscidə daxil ola bilib və partlayıcı qurğunu işə salıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026