• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Britaniya Buça ilə bağlı Rusiyaya “yox” dedi

DÜNYA

04 Aprel 2022 | 14:35

Britaniya Buça ilə bağlı Rusiyaya “yox” dedi

BMT Təhlükəsizlik Şurasına sədrlik edən Böyük Britaniya Rusiyaya Buçadakı vəziyyətlə bağlı iclasın keçirilməsinə razılıq verməyib.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.

Onun sözlərinə görə, Rusiya bu gün yenidən BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını tələb edəcək.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026