• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Cəhənnəm əzabı idi” - Azovstaldan təxliyə edilənlər NƏLƏR DANIŞIR?

DÜNYA

04 May 2022 | 13:37 | Müəllif: Qalib İbrahimoğlu

“Cəhənnəm əzabı idi” - Azovstaldan təxliyə edilənlər NƏLƏR DANIŞIR?

Xəbər verdiyimiz kimi, Mariupoldakı Azovstal polad zavoduna sığınan mülki əhali təxliyə olunub. Mariupoldan sağ qalanlar Zaporojyedəki təhlükəsiz məntəqələrə aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, müqavimətin son qalası kimi tanınan və çox sayda mülki vətəndaşın sığınacaqlarda qapalı qaldığı Azovstal polad zavodunda xilas edilənlər arasında 69 nəfər var. Polad fabrikindən ilk dəfə humanitar dəhliz açılaraq dinc sakinlər təxliyə edilsə də, içəridə hələ də çox sayda insan xilas olunacağını gözləyir. Günlərlə tunellərdə yaşamaq, şamda yemək bişirmək və rus qüvvələrinin təhdidinə məruz qalmaq...

“Biz elə bilirdik ki, oradan çıxa bilməyəcəyik” deyən dinc sakinlər kabuslarla dolu günlərini təsvir ediblər. Sağ qalan qrupun üzvləri dünya mətbuatına son bir neçə həftədə mühasirəyə alınmış fabrikdə yaşadıqlarını danışıblar.

Azovstaldan təxliyə edilən Anna Zaitseva başına gələnləri belə izah edir: “Daim atəş altında həsirlərdə yatmaq, partlayışları dinləmək, oğlunuzla qaçmaq və partlayaraq yerə yıxılmaq, hər şey dəhşətli idi”.

Anna altı aylıq körpəsini daşıyıb və övladına yemək tapan əsgərlərdən tutmuş, onları təhlükəsiz yerə aparan beynəlxalq xilasedicilərə qədər hər kəsə təşəkkürünü bildirərək ağlayıb.

Keyfiyyətə nəzarət üzrə mütəxəssis, 54 yaşlı Elina Tsıbulçenko üçün fabrikdə keçirdiyi dəhşətli anların xatirəsi çox təzədir. O, bombalar evini dağıdandan və şəhərdə suyun tükənməsindən sonra Azovstalda sığınıb, lakin hətta obyektin içərisində su daşımaq belə böyük risklər yaradıb. "Onlar bizi hər saniyə bombalayırdılar... Hər şey titrəyirdi. İtlər hürür, uşaqlar qışqırırdılar", - Elina deyir.

Təxliyə edilənlər avtobuslardan Zaporojyedəki çadıra isti yemək vermək üçün yola düşüblər…

Aytac Aslan


“Cəhənnəm əzabı idi” - Azovstaldan təxliyə edilənlər NƏLƏR DANIŞIR?“Cəhənnəm əzabı idi” - Azovstaldan təxliyə edilənlər NƏLƏR DANIŞIR?“Cəhənnəm əzabı idi” - Azovstaldan təxliyə edilənlər NƏLƏR DANIŞIR?“Cəhənnəm əzabı idi” - Azovstaldan təxliyə edilənlər NƏLƏR DANIŞIR?
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR