• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İranda koronavirusa yoluxanların sayı 6,2 milyon nəfəri keçib

DÜNYA

04 Yanvar 2022 | 18:01 | Müəllif: Subhan Mahmudov

İranda koronavirusa yoluxanların sayı 6,2 milyon nəfəri keçib

İranda ötən sutka ərzində 1 706 nəfər koronavirusa (COVID-19) yoluxub, 34 nəfər ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.Bununla da İranda bu virusdan ölənlərin sayı 131 736 nəfərə, yoluxanların sayı isə 6 200 296 nəfərə çatıb. Virus daşıyıcılarından 2 471 nəfərin vəziyyəti ağır qiymətləndirilir.İranda indiyədək 6 044 247 nəfər koronavirusdan sağalıb, 42,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 121 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 59,9 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52,2 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 8,75 milyon təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026