• Bakı 25° C

    2.5 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Alimdən ÜZÜCÜ XƏBƏR: Pandemiya hələ...

DÜNYA

03 Fevral 2022 | 14:48 | Müəllif: Subhan Mahmudov

Alimdən ÜZÜCÜ XƏBƏR: Pandemiya hələ...

"Koronavirusa yoluxma hallarının hazırkı pik nöqtəsinin fevralın sonu-martın əvvəlində azalacağı, növbətinin mart-aprel aylarında, daha sonra sentyabrın əvvəllərində başlayacağı gözlənilir".

Bakıvaxtı.az RİA Novosti-yə istinadən xəbər verir ki. bunu Rospotrebnadzor Q.P. Somov adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru, Uzaq Şərq Federal Universitetinin Biotibb fakültəsinin Epidemiologiya şöbəsinin müdiri Mixail Şçelkanov deyib.

O, koronavirus pandemiyasının bitmə tarixini də açıqlayıb. Onun sözlərinə görə, dünya bəlkə daha üç il koronavirus pandemiyası şəraitində yaşayacaq.

“Bir çox regional xüsusiyyətlər var, lakin ümumi uzunmüddətli tendensiyadan danışsaq, o zaman 2022-ci ildə, eləcə də 2023-cü ildə də pandemiya içində olacağımıza hazırlaşmalıyıq. 2024-cü ildə də həmçinin. Lakin hər şey əsasən bizim kollektib immunitet səviyyəmizin nə qədər sürətlə artacağına və kollektiv immunitet səviyyəmizin virusun dəyişkənliyinə uyğun olub-olmayacağına görə müəyyənləşəcək”, - Şçelkanov qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026