Gürcüstanın xarici işlər naziri David Zalkalianinin britaniyalı həmkarı Liz Trasla nəzərdə tutulan telefon danışığı təxirə salınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Bildirilib ki, buna səbəb Gürcüstan XİN başçısının ikinci dəfə koronavirusa yoluxmasıdır. Tərəflər arasında söhbət D.Zalkalianinin sağalmasından sonra baş tutacaq.
Qeyd edək ki, David Zalkaliani birinci dəfə ötəni ilin yanvarında virusa yoluxub.
















