• Bakı 22° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Türkiyə Ukraynada “Bayraktar” istehsal edəcək zavod tikəcək

DÜNYA

03 Fevral 2022 | 14:15

Türkiyə Ukraynada “Bayraktar” istehsal edəcək zavod tikəcək

“Türkiyə ilə Ukrayna arasında “Bayraktar” pilotsuz uçuşı aparatının istehsalını nəzərdə tutan zavodun tikliməsi ilə bağlı çərçivə müqaviləsi imzalanacaq”.

Bakıvaxtı.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznik fevralın 3-də Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, müqaviləni bu gün imzalayacaq və sonra ratifikasiya üçün Ali Radaya təqdim ediləcək: “Bu gün çərçivə razılaşmalar da planlaşdırılıb. Dünən hökumətlər Türkiyə və Ukraynanın yüksək hərbi texnologiyalar sahəsində əməkdaşlığına dair razılaşmanın mətnini bəyəniblər”.

Nazir qeyd edib ki, PUA-ların idarə edilməsi üçün təlim mərkəzi yaradılacaq: “Bayraktar” istehsal edən Türkiyə şirkətinin qərarına əsasən, dronların növbəti nəslində Ukraynanın “Motor-Siçi” mühərrikindən istifadə olunacaq”.

Qeyd edək ki, 2021-ci il sentyabrın 29-da Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Müdafiə Nazirliyi ilə Türkiyənin “Bayraktar Savunma” şirkəti arasında memorandumu təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026