Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında təkbətək görüş başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər Ukrayna Prezidentinin Kiyevdəki Marinski sarayında bir araya gəlib.
Dövlət başçılarının birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.
Eyni zamanda iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 10-cu toplantısı olacaq.
*** 15:13
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, V.Zelenski R.T.Ərdoğanı rəsmi mərasimlə qarşılayıb.



















