• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Ərdoğan Ukraynaya yola düşdü - YENİLƏNİB

DÜNYA

03 Fevral 2022 | 11:45

Ərdoğan Ukraynaya yola düşdü - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, onu hava limanından dövlət rəsmiləri yola salıb.

*** 09:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ukraynaya rəsmi səfərə yollanacaq.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq.

Səfər zamanı iki ölkə arasında yeni əməkdaşlıq addımlarının atılacağı gözlənilir. Həmçinin Ukrayna və Türkiyə arasında ticarət həcminin artırılması və Azad Ticarət Sazişinin imzalanması da nəzərdə tutulur.

Bununla belə, görüşdə müzakirə olunacaq əsas məsələ Rusiya ilə Ukrayna arasında gərginliyin artması olacaq. Liderlər Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün hansı addımların atıla biləcəyini müzakirə edəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026