Çinin Quycou vilayətində baş verən torpaq sürüşməsində 14 nəfər həlak olub.
Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Bicie şəhərində tikinti sahəsində baş verib. Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində 14 nəfərin meyiti tapılıb.
Yüngül xəsarət almış 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Axtarış-xilasetmə işlərinə mülki müdafiə qüvvələrinin və polis əməkdaşlarından ibarət mindən çox insan cəlb olunub.
***
11:56
Çinin Quyçjou vilayətində sürüşmə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, nəticədə 10 nəfər ölüb, 4 nəfər isə itkin düşüb.
Hadisə tikinti işləri aparılan zaman yaşanıb.
Xilasetmə işlərinə mindən çox insan cəlb edilib.
Qeyd edək ki, itkin düşmüş şəxslərin axtarışları davam etdirilir.
















