Türkiyədə son sutka ərzində 54 min 724 nəfər koronavirusa yoluxub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla bildirir ki, gündəlik koronavirus cədvəli Səhiyyə Nazirliyi tərəfindən "covid19.saglik.gov.tr" saytında paylaşılıb.
Qeyd edilib ki, son 24 saat ərzində 382 min 888 koronavirus testi aparılıb. Məlumata görə, 137 nəfər vəfat edib, sağalanların sayı isə 26 min 561 nəfər olub.
















