• Bakı 20° C

    4 m/s

ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırır

DÜNYA

23 Avqust 2022 | 17:02 | Müəllif: Qalib İbrahimoğlu

ABŞ vətəndaşlarını Ukraynanı tərk etməyə çağırır

ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın yaxın günlərdə Ukraynaya yeni hücumlar edə biləcəyi ilə bağlı məlumat aldığını açıqlayıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən xəbərinə  görə, səfirliyin bəyanatında deyilir ki, ABŞ Dövlət Departamenti Rusiyanın yaxın günlərdə mülki yaşayış məntəqələrinə və hökumət binalarına hücumlar təşkil edə biləcəyi barədə məlumat alıb.

"ABŞ-ın Kiyevdəki səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edir ki, əgər təhlükəsizdirsə, şəxsi avtomobilləri ilə və avtomobil yolu ilə Ukraynanı tərk etsinlər".

Bu arada, sabah Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi gözlənilən Müstəqillik Günü tədbirləri Rusiyanın hücum ehtimalına görə qadağan edilib.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026