• Bakı 21° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Castin Trüdo Azərbaycan icmasının müraciətini araşdıracaq

DÜNYA

22 Sentyabr 2022 | 16:03

Castin Trüdo Azərbaycan icmasının müraciətini araşdıracaq

Kanadanın xarici işlər naziri Ermənistanın təxribatı ilə bağlı icmamızın müraciətini araşdıracaq.

Bu barədə Bakıvaxtı.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Kanadanın Baş naziri Castin Trüdonun ofisi bu ölkədə fəaliyyət göstərən Azərbaycan icması üzvlərinin Ermənistanın son təxribatı ilə bağlı müraciətini cavablandırıb.

Baş nazirin ofisindən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənovaya və Alberta-Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) icraçı direktoru Səbinə İsgəndərovaya ünvanlanan cavab məktubunda bildirilib ki, Castin Trüdoya göndərilmiş məktubun ünvanına çatdığını təsdiqləyirlər.

“Əmin olun ki, sizin müraciətiniz dəqiq araşdırılacaq. Sizin elektron məktubunuz baxılması üçün xarici işlər naziri hörmətli Melani Coliyə göndərilib”, - deyə qeyd olunub.


SON XƏBƏRLƏR

23 Aprel 2024