• Bakı 14° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Rusiyadan bu ölkəyə təyyarə biletlərin qiyməti bahalaşdı

DÜNYA

22 Sentyabr 2022 | 15:34

Rusiyadan bu ölkəyə təyyarə biletlərin qiyməti bahalaşdı

Rusiyadan Türkiyəyə təyyarə biletlərinin qiyməti 3 dəfə bahalaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin NTV televiziyası yayıb.

Bildirilib ki, "Türk Hava Yolları"nın Moskva-İstanbul reysinin sentyabrın 25-dək bütün biletləri artıq satılıb. Belə ki, bir həftə əvvəl Türkiyə istiqamətində 22 min rubla satılan birtərəfli biletlərin qiyməti qismən hərbi səfərlik elan olunduqdan sonra 70 min rubla, yaxud 21 min türk lirəsinədir.

Bildirilib ki, uçuş üçün bilet tapa bilməyənlər tranzit olaraq Gürcüstanın paytaxtı Tbilisiyə oradan Türkiyəyə uçmağa çalışırlar.

Mütəxəssislər “Flightradar24” resursundakı uçuşlara əsasən Rusiyadan qaçış başlandığını deməyin doğru olmadığını vurğulayaraq məlum qərarın ölkədə vahimə ovqatı yaratdığını da qeyd ediblər.


SON XƏBƏRLƏR

25 Aprel 2024